Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlk üçlükdə ABŞ, Çin və Rusiya qərarlaşıb

İlk üçlükdə ABŞ, Çin və Rusiya qərarlaşıb

“Reuters” agentliyinin yaydığı məlumata görə, Çin dünyada silah istehsalının və satışının həcminə görə ABŞ-dan sonra ikinci yeri tutub.

Mənbə qeyd edir ki, bu məlumat Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutunun xüsusi hesabatında yer alıb. Məlumata görə, Rusiya yeni reytinqdə üçüncü pillədə qərarlaşıb. Hesabatda 2017-ci ildə dünyanın 100 ən böyük silah şirkəti siyahısında ilk 20 yeri 11 ABŞ şirkəti, 6 Qərbi Avropa, 3 Rusiya şirkətinin tutduğu qeyd edilib.
Təşkilat indiyə qədər Çin şirkətlərini siyahıya onlarla bağlı yetərli məlumata sahib olmadığı üçün salmayıb. Bununla belə 2015-2017-ci illərdə Çinin silah satışı barədə məlumat əldə edən Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu nəticədə Çin şirkətlərinin mövqeyini formalaşdıra bilib. Belə ki, ekspertlər Çinin hərbi sənayesinin əsasını 10 şirkətin və 1 elmi-tədqiqat institutunun təşkil ediyini açıqlayıblar. Bunlardan yeddisinin öz sektorlarında ən böyüklər olduğu vurğulanıb. Bu siyahıya təyyarə və digər aviasiya istehsalçısı olan AVİC-in, raketlər və kosmik texnika istehsalçısı olan CASİC-in, elektronika və hərbi texnika üçün radar, eləcə də proqram təminatı hazırlayan CETC-in, yerüstü texnika istehsalçısı NORİNCO və CSGC-nin, gəmiqayırma şirkətləri olan CSİC-in və CSSC-in daxil olduğu vurğulanıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

27 2020 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə