Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Hava proqnozu

Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 2-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütununundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq. 
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 6-11 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman, şərq rayonlarında isə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-4 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

27 2020 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə