Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bananın daha bir faydası aşkarlandı

Bananın daha bir faydası aşkarlandı

Gündəlik qida rasionuna bananın əlavə edilməsi qan təzyiqini nəzarətdə saxlamaqla yanaşı, yüksək təzyiqi aşağı salmağa kömək edir. Bunu hipertoniyanın profilaktikası üsulları ilə məşğul olan “Blood Pressure UK” təşkilatının mütəxəssisləri açıqlayıb. Britaniyalı mütəxəssislər “Kasturba” tibb kollecinin hindistanlı alimlərinin tədqiqatına istinad edərək bildirirlər ki, gündəlik qida rasionuna iki ədəd bananın əlavə edilməsi qan təzyiqini 10 faiz aşağı salır. Alimlər bunu bananın tərkibində olan kaliumla əlaqələndirirlər. 
Məlumatı “Current Science” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

27 2020 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə