Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məmmədli kəndindəki “Şahsevən” məscidində təmir-bərpa işləri yekunlaşır

Məmmədli kəndindəki “Şahsevən” məscidində təmir-bərpa işləri yekunlaşır

Abşeron rayonunun Məmmədli kəndində yerləşən, 1819-cu ildə inşa edilmiş “Şahsevən” məscidində təmir-bərpa işləri artıq yekunlaşır. Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə olunan bu abidə-məscid sonuncu dəfə 1984-cü ildə təmir edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Məmmədli kənd məscidində aparılan işlərlə yaxından tanış olub. Məsciddə xidməti otaqlar, 240 yerlik mərasim zalı da tikilib.

Kənd dindarları ilə görüşən İradə Gülməmmədova Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərildiyini qeyd edib. O, həm ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafının diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Həmçinin son bir neçə ildə rayonda onlarla məscid, ibadətgah və dini ziyarətgahın təmir olunaraq xalqın istifadəsinə verildiyini diqqətə çatdırıb.

Səməd HÜSEYNOĞLU,
"
Xalq qəzeti”nin bölgə müxbiri

27 2020 15:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə