Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qeyri-formal məşğulluq işçi və işəgötürənlərin mənafelərinə ziddi zərər vurur

Qeyri-formal məşğulluq işçi və işəgötürənlərin mənafelərinə ziddi zərər vurur

İşçi işəgötürənlə əmək müqaviləsi bağlamadan, qeyri-formal şəkildə bu və ya digər fəaliyyəti yerinə yetirməklə özünü əmək və sosial təminat hüquqlarından məhrum etmiş olur. Qeyri-formal məşğulluq işəgötürənlərin də iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ziddi zərər vurur. Ona görə də qeyri-formal məşğulluq hallarının aradan qaldırılmasında, qeyri-formal məşğulluğun leqallaşdırılmasında işçilər və işəgötürənlər eyni dərəcədə fəal olmalıdırlar.

Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şabran rayonunda keçirdiyi, əmək qanunvericliyi və onun tətbiqi ilə bağlı məlumatlandırma məqsədi daşıyan tədbirdə diqqətə çatdırılıb.

İşçi və işəgötürənlərin iştirakı ilə keçən tədbirdə  qeyri-formal məşğulluğun mənfi nəticələri, əməyin leqallaşdırılmasının əhəmiyyəti vurğulanıb. 2019-cu ildə ölkədə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, əldə edilmiş müsbət nəticələr qeyd edilib.

Həmçinin istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, məzuniyyət hüququnun təmin edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər barədə iştirakçılar məlumatlandırılıb. Onlara əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumatlar verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətlərindən və s. bəhs olunub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2020 14:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə