Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüş keçirilib

Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Salyanda  sakinləri fərdi qaydada qəbul edib. Qəbuldan əvvəl Sahil Babayev və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətəndaşlarla görüşdə nazir Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq, sosial sahədə aparılan islahatlar, pensiya və müavinətlərin, təqaüdlərin ciddi şəkildə artırılması, reabilitasiya və sosial xidmət sisteminin müasirləşdirilməsi və genişləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib.  Sahil Babayev, eyni zamanda, 2020-ci ildə sosial sahədə aparılacaq islahatları qeyd edib,  sosial inkişaf  sahəsində əldə olunan nailiyyətlərin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.

Qəbul zamanı müraciətlərdə qaldırılan bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə tədbirlər görülüb. Ayrı-ayrı vətəndaşların aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri, sosial xidmətlərlə təmin edilmələri və s. tapşırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı ətraflı izahatlar verilib. 

S.Babayev S.Hətəmovla özünüməşğulluq proqramının iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçiriblər.

Ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Salyan rayonunda 1321 nəfər münasib işlə, “İşsizin DOSTu” proqramı çərçivəsində isə rayonda 631 nəfər ödənişli ictimai işlə təmin edilib. Salyanda 2019-cu ildə əvvəlki illə müqayisədə 50 faiz çox olmaqla, 151 nəfər işsiz və işaxtarana özünüməşğulluq proqramı əsasında mal və materiallar formasında aktivlər verilməklə onların kiçik ailə müəssisələri yaradılıb. Onlardan 100-dən çoxu müharibə veteranları, əlillər, ünvanlı sosial yardım alan və ya çoxuşaqlı ailələrin üzvləridir. Proqram iştirakçıları aztəminatlı ailələrin sahibkarlığa keçid imkanına malik olmalarında və gəlirlərini artırmalarında dəstək olan özünüməşğulluq proqramının icrasına və bu proqramın ildən-ilə daha da genişləndirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov və vüsal Nəsirli Cəlilabadda və Biləsuvarda (Biləsuvar və Cəbrayıl rayonlarının) sakinlərini fərdi qaydada qəbul ediblər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2020 14:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə