Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub

Yanvarın 25-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) rektoru, akademik Anatoli Torkunov ADA Universitetində mühazirə ilə çıxış edib. 
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, A.Torkunov müasir beynəlxalq münasibətlər sahəsində cərəyan edən yeni proseslərlə bağlı analizlərini diplomatik korpusun nümayəndələri, tələbələr və bu sahəni tədqiq edən peşəkarlarla bölüşüb.
Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev MGİMO-nun yalnız beynəlxalq münasibətlər sahəsində deyil, həm də dəqiq elmlər sahəsində mütəxəssislər yetişdirdiyini diqqətə çatdırıb. Hafiz Paşayev deyib: “ADA Universiteti MGİMO Universiteti ilə əməkdaşlığa önəm verir. Bu səbəbdən də MGIMO ilə maliyyə sahəsində ikili diplom proqramı təqdim edərək bu sahədə mütəxəssislərin yetişdirilməsini hədəfləyirik”. 
Daha sonra MGİMO Universitetinin rektoru akademik Anatoli Torkunov çıxış edərək ADA Universiteti ilə birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, MGİMO Universitetinin beynəlxalq münasibətlərlə yanaşı, aqrar, idman və digər sahələrdə də mütəxəssislər yetişdirmək üçün əməkdaşlığı genişləndirdiyini, eyni zamanda, süni intellekt sahəsini də tədqiq etdiyini diqqətə çatdırıb. “Müasir beynəlxalq münasibətlər sahəsində baş verən parametr dəyişikliyini nəzərə alaraq, bu dövrü postbipolyar dövr kimi də xarakterizə etmək olar”, - deyə akademik Torkunov qeyd edib.
Öncəki illərdə müşahidə etdiyimiz klassik diplomatiya ilə hazırkı diplomatiya anlayışları arasında böyük fərqin olduğunu bildirən akademik informasiya sahəsində özünü göstərən texnoloji inqilab barədə ətraflı məlumat verib. O, informasiya sahəsindəki inqilabın süni intellekt anlayışını da özündə ehtiva etdiyini bildirib.

26 Yanvar 2020 13:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə