Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Fitch Ratings” agentliyi Azərbaycanın daha bir uğurunu təsdiq edib

“Fitch Ratings” agentliyi Azərbaycanın uzunmüddətli xarici valyuta emitenti reytinqini “BB+” səviyyəsində təsdiq edib. Reytinqə əsasən, Azərbaycanın xarici balans hesabatının, həmçinin borclarının az olması ölkəmizin iqtisadi-maliyyə sistemini gücləndirən amil kimi göstərilib.

Azərbaycan “BB” reytinqini formalaşdıran 6 komponent üzrə qeyri-proporsional nəticələrə malik olsa da, ölkəmiz bir çox göstərici üzrə, xüsusilə Dünya Bankının “Doing Business” indikatorunda irəliləməsi ilə seçilib ki, bu da hesabatda xüsusi qeyd olunub. 
Hesabatda Azərbaycanın kredit reytinqinin sabit olaraq qiymətləndirilməsi Dünya Bankı və Davos İqtisadi Forumunun hesabatlarında ölkəmizin mövqeyinin yaxşılaşması göstəriciləri ilə uyğunluq təşkil edir.
Hesabatda bankların kapitallaşmasının 2018-ci illə müqayisədə 4 faizə yaxın artaraq 2019-cu ildə 23 faizə yüksəldiyi, problemli kreditlərin həcminin azaldığı, Azərbaycan Beynəlxalq Bankının fəaliyyətində mənfəət göstəricisinin nəzərə çarpdığı qeyd olunub. 
“Fitch Ratings” agentliyi bildirib ki, ötən il Azərbaycanda bankların valyuta mövqeyinin möhkəmləndirilməsi, likvidlik və kapitallaşma ilə bağlı minimum tələblərin yerinə yetirilməsi istiqamətində tədbirlər nəticəsində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi azalıb və kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib. 
Hesabatda, həmçinin göstərilib ki, ölkə Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanı bank sektoru üçün tamamilə yeni bir səhifə açmaqla bərabər, qeyri-işlək kredit portfelinin həcminin də əsaslı şəkildə azalması üçün möhkəm zəmin yaradıb. Onu da qeyd edək ki, fərmanın ölkənin bank sektoru üçün əhəmiyyəti və problemli kreditlərin həlli məsələsində oynadığı rolunu digər nüfuzlu qurum olan “Moody’s” Beynəlxalq Reytinq Agentliyi də təsdiq edib.
“Fitch Ratings” hesabatında real ÜDM-in 2018-ci ilin 1,4 faiz göstəricisi ilə müqayisədə 2019-cu ildə 2,4 faizə çatdığı qeyd olunub. Xüsusi əhəmiyyət kəsb edən məqam isə ondan ibarətdir ki, agentliyin təhlilinə əsasən bu artımın 3,5 faizi qeyri-neft, 0,8 faizi isə neft-qaz sektorlarının payına düşüb.
Hesabatda Azərbaycanın reallaşdırdığı qlobal enerji layihələrinin onun makroiqtisadi sabitliyinə və maliyyə dayanıqlılığına müsbət təsiri də qeyd olunub. 

 

“Xalq qəzeti”

 

26 2020 13:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə