Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan demokratik seçki keçirməyə qadirdir

“Fevralın 9-da bütün dünya Azərbaycanda keçiriləcək növbəti demokratik seçkilərin şahidi olacaq”. Bu fikirləri “Secki-2020.az” saytına açıqlamasında Rusiya Federasiyası Tuva Respublikasının Qızıl Şəhər Şurasının deputatı, Tuva Karate Federasiyasının prezidenti Çingiz Əliyev deyib.

Ç.Əliyev bildirib ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda qanunverici orqan mühüm mexanizmlərdən biri hesab olunur.
Deputat Azərbaycanın zəngin seçki təcrübəsinə malik ölkə olduğunu söyləyərək deyib: “Zəngin təcrübə deməyə əsas verir ki, fevralın 9-da Azərbaycanda növbəti demokratik seçkilərin şahidi olacağıq. Bu gün Azərbaycan dinamik inkişaf edən ölkədir. Müasir və demokratik ölkə kimi dünyada Azərbaycana olan maraq günü-gündən artır. Hesab edirəm ki, seçkilərdə seçicilərin güclü iradəsi yeni parlamenti formalaşdıracaq”.

 

26 Yanvar 2020 12:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə