Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycandakı seçkilər digər ölkələr üçün təcrübə və nümunə olacaq”

Azərbaycanda keçiriləcək parlament seçkiləri digər ölkələr üçün təcrübə və nümunə olacaq. Bunu “Secki-2020.az” saytına açıqlamasında qazaxıstanlı ekspert, jurnalist Nurqali Yusipbay deyib.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra böyük inkişaf yolu keçdiyini bildirən ekspert deyib: “Bu gün də Azərbaycan inkişaf edir. Son dövrlər Azərbaycanda iqtisadi, sosial, mədəni və digər sahələrdə çox böyük islahatlar həyata keçirilir. Sosial islahatlar və vətəndaşların rifahının yüksəlməsinə hesablanmış addımlar bunun ən bariz nümunəsidir. Həmçinin şəffaflığın təmin edilməsi, eləcə də dövlət siyasətində vətəndaşa xidmət prinsipinin əsas tutulması xüsusilə diqqət çəkir. Həyata keçirilən islahatlar seçki mühitinə də müsbət təsir edir. Əminliklə deyə bilərik ki, fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanın demokratik ənənələrini daha da gücləndirəcək və digər ölkələr üçün müsbət seçki nümunəsi olacaq”.

 

26 2020 12:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə