Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlament seçkiləri islahatların daha da dərinləşməsinə şərait yaradacaq

Bu il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə parlament seçkiləri keçiriləcək. Ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri əmindirlər ki, bu mühüm siyasi kampaniya səsvermə hüququ olan vətəndaşlarımızın fəal iştirakı ilə baş tutacaq və islahatların daha da dərinləşməsinə şərait yaradacaq. Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədli bu barədə dedi: 
– Söhbətə onunla başlamaq istəyirəm ki, bu il yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun sualına cavab verərkən deyib: “Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır”. 
Mən xalqımızın sevimli lideri cənab İlham Əliyevin fikri ilə tamamilə şərikəm. Yeri gəlmişkən, ölkəmizin ictimai-siyasi həyatında baş verən islahatları əhalinin böyük əksəriyyəti birmənalı dəstəkləyir. Axı, islahatların məramı dövlətimizin daha qüdrətli olması, xalqımızın firavan yaşamasıdır. 
Hesab edirəm ki, parlament seçkiləri ölkəmizdə islahatların daha da dərinləşməsi üçün şərait yaradacaq. Məlumdur ki, Azərbaycanın icra və məhkəmə strukturlarında mühüm dəyişikliklər gedir. İslahatların ölkə parlamentini də əhatə etməsi vacib idi.  
Bir məqamı da vurğulamaq lazımdır. Bu günlərdə ölkə mediası və sosial şəbəkələrdən parlament seçkilərinə hazırlıq prosesini maraqla izləyirəm. Görünən budur ki, proses kifayət qədər fəal keçir. Ümid edirəm ki, seçicilər fevralın 9-da ən layiqli namizədlərə səs verəcəklər. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti” 

26 Yanvar 2020 12:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə