Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları yanvarın 25-də İçərişəhərlə tanış olublar.
İçərişəhərdə gəzinti tarixi XII əsrə söykənən Qoşa Qala qapılarından başlayıb. Gəzinti zamanı qonaqlara UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
İçərişəhərdə gəzinti zamanı Əliağa Vahidin büstü qarşısında ayaq saxlayan qonaqlara şairin yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, qəzəl və satirik şeir ustadı Əliağa Vahidin büstü Natiq Əliyev, Rahib Həsənov və Sənan Salamzadə tərəfindən yaradılıb. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur “Böyük Füzulimizin yadigarı mən özüməm” misrasından qaynaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən “göyərdilməsi” – davam etdirilməsinə bədii işarə kimi düşünüblər.
 Sonra qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Qonaqlara Qız qalasında konservasiya işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.
İçərişəhər qonaqlarda zəngin təəssürat yaradıb.

AZƏRTAC

26 2020 12:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə