Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Latal "Qarabağ"la oyundan razı qalıb

Latal

Çexiyanın "Siqma" klubunun baş məşqçisi Radoslav Latal "Qarabağ"la yoxlama matçını dəyərləndirib.

Sport24.az xəbər verir ki, çexiyalı mütəxəssis klubunun rəsmi saytına açıqlamasında 3:1 hesablı qələbəni şərh edərək oyunlarından razı qaldıqlarını bildirib: "Bizim üçün Avropa Liqasının iştirakçısı olan bir komanda ilə oynamaq çox yaxşı haldı. Çox yaxşı mübarizə apardıq. “Qarabağ”a qarşı istədiyimizi etdik. Ancaq ikinci hissədə bəzi dəyişiklərdən sonra səhvlərimiz də oldu. İndi bunları müzakirə etməyin vaxtıdır. Liqa başlayana kimi səhvləri düzəltməliyik. Bu matçda qalib gəldiyimiz üçün çox şadam”.

Xatırladaq ki, təmsilçimizin baş məşqçisi Qurban Qurbanov bu matça daha çox ehtiyatda qalanlardan, gənc futboçulardan ibarət eksperimental heyət buraxıb. 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

27 2020 11:57 - İDMAN
İDMAN
22 Fevral 2020 | 10:57
"Bavariya" liderliyi qorudu
22 Fevral 2020 | 10:53
Futbolçumuz xarici kluba keçdi

Köhnə versiyamızdan xəbərləri izlə