Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Fənərbağça" azarkeşlərindən nümunəvi addım

"Fənərbağça" azarkeşləri Türkiyə Superliqasının 19-cu turunda dünən keçirilən "Başakşəhər"lə matçda (2:0) etdikləri hərəkətlə diqqət çəkiblər.

Meydan sahiblərinin azarkeşləri zəlzələ baş verən Elazığa göndərilməsi üçün papaq və şərflərini meydana atıblar. Bunda sonra onlar "Elazığ üşümə, "Fənərbağça" səninlə" şüarı səsləndiriblər. Komandanın baş məşqçisi Ersun Yanal isə meydana atılan əşyaların bəzilərini öpüb və azarkeşləri alqışlayıb. Qarşılaşmanın hakimi Fırat Aydınus baş verənlərə görə matçı bir neçə dəqiqəlik dayandırıb.

Görüş bitdikdən sonra papaq və şərflər toplanaraq nümayəndələrə verilib.

Qeyd edək ki, Türkiyənin Elazığ şəhərində baş vermiş zəlzələdə ölənlərin sayı artmaqda davam edir.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

27 2020 11:13 - İDMAN
İDMAN
20 Sentyabr 2020 | 12:00
Alkantara “Liverpul”a keçib

Köhnə versiyamızdan xəbərləri izlə