Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qusarın Ləzə kəndində mənfi 17 dərəcə temperatur qeydə alınıb

Qusarın Ləzə kəndində mənfi 17 dərəcə temperatur qeydə alınıb

Qusarın Ləzə kəndində temperatur mənfi 17 dərəcəyədək aşağı düşüb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən  bildiriblər ki, yanvarın 23-də gecə saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

Ən çox qar Qusara yağıb. Rayonun Ləzə kəndində qarın hündürlüyü 15 santimetrə çatır.

Qubanın Xınalıq kəndində 6, Qırızda 7, həmçinin Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 2 santimetrdir.

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

25 2020 12:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə