Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür.

24 yanvar 2020-ci il tarixdə səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasında Ucar və Göyçay rayon sakinlərini qəbul edib.

Vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı şikayət və müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 2020 12:16 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə