Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

Səhiyyə nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

Səhiyyə nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir müavini Nigar Əliyeva Ağdaş rayon sakinlərini yanvarın 24-də mərkəzi rayon xəstəxanasında qəbul edəcək.

Nazir müavini Rahim Əliyev isə Zərdab Mərkəzi Rayon Xəstəxanasında rayon sakinlərini yanvar ayının 31-də qəbul edəcək. 

Vətəndaşların qəbulu səhər saat 11:00-da başlayacaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir müavinləri tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti"

25 2020 12:12 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə