Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib

UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib

UNESKO-da fəaliyyət göstərən Daimi Nümayəndələr Dərnəyi yeni ildə ilk tədbir keçirib.

Tədbirdə ölkəmizin UNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri, UNESKO Daimi Nümayəndələr Dərnəyinin prezidenti səfir Anar Kərimov çıxış edib.

O, quruma yeni qoşulmuş nümayəndələrə dərnəyin yaranması tarixi, fəaliyyəti və məqsədləri haqqında məlumat verib. Bildirib ki, dərnək qurumdakı daimi nümayəndəliklərin sosial həyatında mühüm rol oynayır və onların ümumi şəbəkəsidir. Üzvlərini bir araya gətirərək onlar arasında kommunikasiyanı daha da təkmilləşdirir. Bütün bunlar çoxtərəfli əlaqələrin inkişafına töhfə verir. O, müxtəlif ölkələrin UNESKO yanında daimi nümayəndəliklərinin üzvlərinə tədbirin təşkilinə verdikləri dəstəyə görə təşəkkür edib.

Diqqətə çatdırıb ki, tədbir, eyni zamanda, UNESKO-nun 75 illiyinin bayram edilməsinin başlanğıcıdır.

Tədbir çərçivəsində ənənəyə uyğun olaraq nümayəndələr dərnəyinin fəal üzvlərinə diplom və medallar təqdim edilib. 2020-ci ildə dünyamıza dayanıqlı sülh, əmin-amanlıq, təşkilat və onun üzvlərinə isə uğurlar arzulanıb.

Qeyd edək ki, müxtəlif ölkələrin UNESKO yanında daimi nümayəndəliklərinin Daimi Nümayəndələr Dərnəyi 1992-ci ildə yaradılıb və həmin ildən Azərbaycan dərnəyin üzvüdür. Dərnək qeyri-formal əlaqələri inkişaf etdirmək və UNESKO ailəsi nəzdində dostluq əlaqələrini daha da möhkəmləndirmək istiqamətində qurumun yeganə forumudur.

Daimi nümayəndəliklərin sosial həyatında fəal rol oynayır. Dərnək üzvləri aralarında fikir mübadilələri aparırlar. 2019-cu il iyun ayından Daimi Nümayəndələr Dərnəyinin prezidenti səfir Anar Kərimov seçilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2020 12:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə