Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Davos İqtisadi Forumu Azərbaycan üçün strateji əhəmiyyətə malikdir

Davos İqtisadi Forumu Azərbaycan üçün strateji əhəmiyyətə malikdir

Azərbaycan Prezidenti İlham Əliyev builki Davos İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin regionda həlledici mövqeyə malik aparıcı dövlət kimi tanınmasını xüsusi vurğulayıb. Respublikamızın vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməsini diqqətə çatdırıb. Bildirib ki, son illər dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olub, respublikamızın regional və qlobal nüfuzu, bizə olan etimad səviyyəsi xeyli yüksəlib, enerji təhlükəsizliyi sahəsində mövqelərimiz, milli iqtisadiyyatımızın rəqabətədavamlı qabiliyyəti güclənib, əhalinin sosial rifahı nəzərəçarpacaq səviyyədə yaxşılaşıb.

Prezident İlham Əliyev Davosda keçirilən görüşlər zamanı etdiyi çıxışlarda, verdiyi müsahibələrdə təkcə mövcud iqtisadi potensialımız haqda deyil, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini diqqətə çatdırıb. 
Ümumiyyətlə, dünyanın ən böyük iqtisadi platforması sayılan Davos İqtisadi Forumu Azərbaycan üçün həm post-neft ölkəsi, həm də həqiqətlərimizin dünyaya çatdırılması baxımından hər zaman mühüm önəm daşıyıb. Forumda Azərbaycan brendinin dünyaya tanıdılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı obyektiv məlumatların çatdırılması qarşıda prioritet vəzifə kimi durub. Yeri gəlmişkən, Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq adı çəkilən Forumun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun şəkildə reallaşıb. 
Son 16 il ərzində Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlər görülüb. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyəti nəzərə alınaraq, iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşması diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesləri daha da sürətlənib, Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində təsirli tədbirlər həyata keçirilib. 
Onu da xatırladaq ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində indiyədək keçirdiyi görüşlər bir sıra mühüm layihələrin reallaşmasında önəmli rol oynayıb. Dövlət başçımızın builki Forumda da iştirakı bir sıra əhəmiyyətli nəticələrlə müşahidə edilib. Belə ki, Forumun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb, “Procter and Gamble Europe” şirkətinin Bakıda regional mərkəzinin yaradılması nəzərdə tutulub. Azərbaycanın “Naxçıvan” və “Qoşadaş” yataqlarının Rusiyanın “Luk oil” şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul edilib. “Sighify” şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsi müzakirə olunub. Bütün bunlarla yanaşı, “Carlsberg Group” şirkəti tərəfindən Azərbaycana yatırılan investisiyaların artırılması, respublikamızda sığorta bazarının inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb. 
Göründüyü kimi, Prezident İlham Əliyevin Davos səfəri və keçirdiyi görüşlər Azərbaycanın xarici əlaqələrinin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlığının gücləndirilməsi və investisiya yatırmaq imlanlarının genişləndirilməsi, Azərbaycanın regional mərkəz, dünyada nüfuzlu ölkə imicinin möhkəmlənməsi baxımından mühüm önəm daşıyıb. 

 

Arzuman MURADLI, 
YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq

 

25 2020 00:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə