Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanın Respublika Günü

Xarici siyasətdə Hindistanın yolu

Hindistanın Respublika Günü

Məqsədli, Praqmatik və Fəal,  Balanslaşdırıcı lakin dağıdıcı deyil, təhlükəsizlik təminatçısı və qlobal əmtəə süzgəcidir. Hindistanın xarici siyasəti, bu yaxınlarda Yeni-Dehlidə keçirilən “Raisina Dialoqu”nun 5-ci nəşrində ölkənin Xarici İşlər Naziri S. Jaishankarın ustalıqla verdiyi yeni bir müddəanın yaradılmasına şərik oldu.

21-ci əsrdə Hindistanın xarici siyasətini və diplomatiyasını xarakterizə və konfiqurasiya etmək üçün milli maraqların məqsədyönlü şəkildə həyata keçirilməsi və ölkələr ilə praqmatik məsələyə əsaslanan uyğunlaşma diplomatiyaya fəal yardım göstərdi. Hindistanın xarici siyasətinin müxtəlif istiqamətlərini gücləndirmək, ölkədə yaşayan 1.3 milyarddan çox insanın həyatını yaxşılaşdırmaq və getdikcə çoxqütblü dünyada lider  rolu daşıyaraq ölkənin yüksəlişini sürətləndirmək əsas məqsədlərdəndir.

Forma və Balans

21-ci əsrin ikinci onilliyində  iqlim dəyişikliyi, davamlı inkişaf, antiterror, dəniz təhlükəsizliyi və qlobal idarəetmənin yenidən qurulması da daxil olmaqla geniş çarpaz mövzularda beynəlxalq gündəmini fəal şəkildə formalaşdıran yeni bir Hindistan inkişaf edir.

Təxminən 3 trilyon dollarlıq iqtisadiyyatı və əhalisini1,3 milyard nəfərə çatdırmaq  niyyətində olan yeni Hindistan qlobal günəş altında yerini bərpa etməyə hazırlaşır.

Dr Jaishankar “Raisina”  Dialoqunda Hindistan Yolu mövzusunda geniş bir dialoq apararaq yeni bir Hindistan üçün yeni xarici siyasətin əsas xüsusiyyətlərini işıqlandırdı. "Hindistan yolu bitərəf olmaqdan daha çox qərarverici və formalaşdırıcı yola üstünlük verəcək" dedi, və eyni zamanda Hindistanın son bir neçə ildə iqlim dəyişikliyinə dair  mövzuları müzakirə etdiklərinidə vurğuladı.

“ Hindistan Beynəlxalq miqyasda dağıdıcı gücünə deyil, sabitləşdirici gücə sahib olmalıdır. Ölkəmiz təkcə öz mənafeyi naminə çalışmamalıdır, hətta beynəlxalq arenayada öz bacarıqlarını tətbiq etmək niyyətində olmalıdır”.

Səlahiyyətlərin qarşılıqlı olaraq artrılması etikasına əsaslanaraq, Hindistan Afrika, Asiya, Latın Amerikası və Şərqi Avropa ölkələri ilə maliyyə vəsaiti, tenologiya və təcrübəsini bölüşmüşdür. Kredit xəttinin açılması və qrantların verilməsi vasitəsilə həyata keçirilən bu inkişaf yönlü əməkdaşlığa potensialın artırılması, təlim, eləcə də  təhsil və səhiyyə sahələrində əməkdaşlığın artırılması daxildir. Hindistan cənub-cənub həmrəyliyini nəzərə alaraq, 160 ölkədə həyata keirilən bir sıra inkişaf layihələri üçün təxminən 29 milyard dollar kredit xətti açmışdır.

Diplomatik təbliğat

Hindistanın dünyadakı nüfuzu artdıqca, Hindistan hökuməti də milli dirçəliş üçün qlobal dəstəyi səfərbər etmək üçün misli görünməmiş diplomatik səylər göstərməyə başladı. Son bir neçə ildə prezident, baş nazir, vitse-prezident, xarici işlər naziri və nazirlər səviyyəsində Hindistana və xaricə rekord sayda yüksək səviyyəli səfərlər təşkil edilmişdir. Yalnız Baş Nazir Modi  özü son beş il yarım ərzində 70-dən çox ölkəyə səfər etmişdir. İnkişaf etməkdə olan çoxqütblü dünyada, Hindistan həmfikir ölkələr və böyük güc mərkəzləri ilə "biz onlara qarşı" kimi sıfır cəmli antoqonist oyunlara girmədən, problemlərə əsaslanan qruplaşma ilə nəticələnən çoxtərəfli qruplaşma yolunu seçdi.

Yeni Hindistan üçün diplomatiya

Bu çoxşaxəli diplomatik təbliğatı canlandıran - milli dirçəlişi təşfiq etməyə çalışan inkişaf üçün diplomatiya mantrasıdır. Baş Nazir Modi tərəfindən söz verildiyi kimi, Hindistan hökumətinin 5 trilyon dollarlıq bir iqtisadiyyat yaratmağı hədəf seçməsi ilə xarici siyasət Hindistanın müstəqilliyinin 75 illiyinə təsadüf etdiyi 2022-ci ilə qədər “Yeni Hindistan” yaratmaq üçün bütün dost ölkələrlə tərəfdaşlıq ələqələrindən istifadə etməyə yönəldilir. İnkişafa yönəlmiş bu diplomatiya, Hindistanın diplomatik təbliğatı vasitəsilə “Hindistanda istehsal et”(Make in India), “Ağıllı Şəhərlər” (Smat cities), “Hindistanı təlimləndir” (Skill India) və “Ayağa qalx Hindistan” (Stand up India) kimi milli yeniləşmənin ön plana çıxaran dövlət proqramlarında özünü göstərir. Texnologiya, innovasiya və start-up sahələrində möhkəm və davamlı tərəfdaşlıq əlaqələrinin qurulması Yeni Hindistanın yaradılması və Hindistanın dünya arenasına çıxması üçün vacibdir. Əlverişli beynəlxalq mühit və dəstəkləyici xarici tərəfdaşlıqlar olmadan, ÜDM-in ikiqat artaraq 5 trilyon dollarlıq iqtisadiyyata çatması mümkün deyil.

Global Gündəmin Qloballaşdırılması

Qlobal inkişafı və inkişaf etməkdə olan digər sahələrə dair gözləntilərini nəzərə alaraq, baş nazir Modi 21-ci əsrin tələblərinə cavab verən islahatların aparılmasına şərait yaradan nizamnamənin yaradılmasına təkan verdi. Hindistan, həmçinin Paris razılaşması çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirərək iqlim dəyişikliyinə qarşı mübarizədə ön plana çıxdı və “aşağı karbonlu” bir iqtisadiyyatın təşviqi üçün bir sıra təşəbbüslər göstərdi. Yeni Dehlinin bu sahədə  öndə gedən rolunu tanımaq üçün bir çox ölkələr təmiz və yaşıl bir ekologiya üçün ağ inqilab qurmağa çalışan Beynəlxalq Günəş İttifaqına qoşulmaqda davam edirlər. Hindistan daha böyük qlobal bir dəstəyi olan Dözümlü İnfrastruktur adlı yeni bir beynəlxalq Koalisiyasının yaradılmasına təkan verdi.

Hindistan Brendi

Hindistanın xarici siyasətində önümüzdə dayanan yolun xəritəsində mədəniyyət diplomatiyası və sivil dəyərlər daha böyük üstünlüklər əldə edəcəkdir. Bütün əsas dinlərin və müxtəlif mədəniyyətlərin vətəni olan Hindistan öz cəmiyyəti ilə dünyaya öz istəklərini nəzərə alan tərzdə yanaşdı . Bu mədəni əlaqə, Beynəlxalq Yoga Gününün dünya miqyasında qeyd edilməsindən və Kumbh Melanın UNESCO tərəfindən bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi kimi qeyd edilməsindən tutmuş çoxsaylı yollarla əks olunur.

Yeni Hindistanın qurulmasında müxtəlif ölkələrdə və qitələrdə yayılan 25 milyonluq güclü hind diasporu mühüm rol oynayacaqdır. Doktor Jaişankar  hind diasporasına, mədəniyyətinə və irsinə dair  demişdi: “Hindistan yolu həqiqətən bizim üçün bənzəri olmayan möhtəşəm Brend (dəyərli markalı)  Hindistan olacaqdır.". Baş nazir Narendra Modi Brend Hindistanın mahiyyətini açıqladı. “Bütün səylərimiz 1,3 milyard hindistanlının üzərində cəmlənib. Lakin niyyətində olduğumuz xəyallar bütövlükdə dünyanın, hər ölkənin, hər bir cəmiyyətin arzusudur. Səylər bizimdir, amma bəhrəsi bütün dünya üçün nəzərdə tutulub " bunu Baş nazir Modi bu il Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisindəki çıxışında söylədi.

Hindistan, qlobal yüksəliş yolunu öz şərtlərinə uyğunlaşdıraraq xalqına fayda gətirən müstəqil qərarlar qəbul etmək üçün geosiyasi rəqabətə gedərkən strateji muxtariyyətini təsdiqləməli olacaq. Bütün bunlar  xarici siyasətin inkişaf etdirilməsi və xarici siyasətlə əlaqəli bir diplomatiyanın daha da inkişaf etməsi ilə nəticələnə bilər.

(Qlobal məsələlərə yönəldilmiş mənbə, Hindistan və Dünya jurnalı və Hindistan Şəbəkə Məlumatının Baş redaktoru Maniş Çand)

Baş nazir Narendra Modi Brend Hindistanın mahiyyətini açıqladı. “Bütün səylərimiz 1,3 milyard hindistanlının üzərində cəmlənib. Lakin niyyətində olduğumuz xəyallar dünyanın, hər ölkənin, hər bir cəmiyyətin arzusudur. Səylər bizimdir, amma bəhrəsi hamı üçün, bütün dünya üçün nəzərdə tutulub " bunu Baş nazir Modi bu il Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisindəki çıxışında söylədi.

Afət Sadıqoğlu

25 2020 11:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə