Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir

Dünya Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumundakı görüşləri ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında dərin məmnunluq hissi doğurub. “Optimist” Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi İdarə Heyətinin sədri Habil Niftalı bu barədə fikirlərini bölüşərkən dedi: 
– Azərbaycan Prezidentinin Davosa səfərini böyük maraqla izləyirəm. Xalqımızın lideri İsveçrədə yüksək səviyyədə görüşlər keçirir, mühüm tədbirlərdə iştirak edir, olduqca dəyərli fikir və təşəbbüslər irəli sürür. 
Sevindirici haldır ki, Azərbaycanın başçısının tədbirdəki görüş və müzakirələr zamanı səsləndirdiyi fikir, təklif və təşəbbüsləri ən yüksək səviyyədə təqdir olunur. Müasir dünyanın siyasi elitası bütün bunları görür və yüksək qiymətləndirir. Təbii ki, bir vətəndaş olaraq bundan böyük qürur duyuram.
Bəli, Prezident İlham Əliyevin uğurlu və səriştəli idarəçiliyi sayəsində Azərbaycan təkcə regionda deyil, bütün dünyada sabitlik və inkişaf məkanına çevrilib. Bu, öz növbəsində dünyanın aparıcı dövlətləri və iri şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına marağı artırır. 
Bir neçə misal çəkmək istərdim. Davos İqtisadi Forumunun rəhbəri Azərbaycan Prezidenti ilə görüş zamanı bu qurumun ölkəmizdə regional mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürdü və bununla bağlı niyyət protokolu imzalandı. “Procter and Gamble Europe” şirkəti də özünün regional mərkəzi kimi Bakını seçdiyini élan etdi. Yaxud, “ Carlsberg Group” kimi digər bir nüfuzlu şirkət Azərbaycana investisiyalarını artırmaq niyyətində olduğunu bildirdi. 
Fakt budur ki, dünya müsair Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir və ölkəmizlə sıx əməkdaşlıqda maraqlıdır. Dostlarımız buna sevinir, düşmənlərimiz isə xar olur. İnşaallah, müstəqil Azərbaycanın uğurları yaxın gələcəkdə daha da artacaq. 

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

25 2020 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə