Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Davosda müdrik mövqe nümayiş etdirdi

Prezident İlham Əliyev Davosda müdrik mövqe nümayiş etdirdi

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edirdi. Əslində, ənənəvi beynəlxalq tədbirlərdən biri idi və dövlət başçımızın bu iclasda səsləndirəcəyi fikirlərin də həmişəki kimi, aydın və milli maraqlarımıza uyğun olacağına hamı kimi mən də əmin idim. Moderatorun gözlənilməz suallarına müdrikcəsinə və alqışlara layiq cavab verilməsi qəlbimi qürur hissi ilə doldururdu.

Aparıcı Azərbaycan Prezidentindən soruşdu ki, Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi, Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?
Prezident İlham Əliyev: “Bakıya... Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur.”
Fikrimcə, həm moderator, həm tədbirin iştirakçıları, həm də televiziya ekranı qarşısındakı milyonlarla izləyicinin hamısı güman edirdi ki, Azərbaycan Prezidenti həmin suala cavab verərkən adı çəkilən tərəflərin hər ikisinə böyük hörmət və ehtiramla yanaşdığını deyəcək. Çünki həqiqətən də belədir. Moskva da, Pekin də Azərbaycanın inanılan, sınanmış, etibarlı tərəfdaşlarıdır. Ancaq cənab Prezident qəfil verilmiş sualı cavablandırarkən, ilk növbədə Bakıya zəng edəcəyini dedi. Milyonlarla soydaşımız kimi, mən də həmin cavabdan məmnun oldum. 
Bundan başqa, dövlət başçımız moderatorun “Sizin region üçün ən parlaq ümidiniz və ən pis kabusunuz nədir?” – sualını cavablandırarkən siyasi müdriklik nümayiş etdirərək dedi: “Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq”.
Azərbaycan Prezidenti qeyd etdi ki, bizim yeganə problemimiz ərazimizin 20 faizinin hələ də Ermənistan tərəfindən işğal altında saxlanılmasıdır. Dövlət başçımız həmçinin bildirdi ki, onu həm də region ölkələrinin problemləri narahat edir. Bu isə aqil siyasətçinin, müdrik liderin nümayiş etdirə biləcəyi mövqe idi. 

Elmira HÜSEYNOVA, 
iqtisad elmləri doktoru, professor

25 2020 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə