Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisə müasir dünyagörüşlü, yeni təfəkkürlü insanlar seçiləcək

Milli Məclisə müasir dünyagörüşlü, yeni təfəkkürlü insanlar seçiləcək

Bu il fevralın 9-da keçiriləcək parlament seçkiləri tam demokratik, şəffaf və ədalətli keçiriləcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib. Dövlət başçısı bu günlərdə Davos Forumu çərçivəsində keçirilmiş “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda da bildirib ki, parlament seçkiləri ölkədə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsidir. Bu barədə söhbətində Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ələşrəf Niftiyev bildirdi:

– Biz Azərbaycan Prezidentinin ölkədə həyata keçirdiyi islahatları birmənalı olaraq dəstəkləyirik və inanırıq ki, qarşıdakı parlament seçkiləri də yüksək standartlar səviyyəsində, tam demokratik şəraitdə keçiriləcək. Hesab edirəm ki, bunun ən böyük qarantı Azərbaycan Prezidenti İlham Əliyevdir. İlk növbədə, Prezident özü Milli Məclisin xalqın bəyəndiyi, seçib səs verdiyi insanlardan formalaşmasını istəyir. Bununla bağlı o, Davosda da öz fikirlərini ifadə edib. 
Azərbaycan lideri deyib ki, ölkə rəhbərliyi üçün milli maraqlar hər şeydən üstündür. Prezidentin sözlərinə görə, Azərbaycan siyasi-iqtisadi sahədə çox ciddi islahatlar aparmağa müvəffəq olub. Əldə olunmuş nailiyyətlər Ümumdünya İqtisadi Forumunun qiymətləndirməsində və Davos Forumunun işində də öz əksini tapıb. Bu islahatlar nəticəsində hökumətin tərkibi yenilənib. Prezident Administrasiyasında da böyük dəyişikliklər baş verib: “Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan verməkdir. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır”.
Hər bir Azərbaycan vətəndaşı inanır ki, qarşıdakı seçkilərdə parlamentimizə də məhz yaxşı təhsil almış, müasir dünyagörüşlü, yeni təfəkkürlü insanlar seçiləcəklər. Görürük ki, qeydə alınmış deputatlığa namizədlərin əksəriyyəti bu kriteriyaya cavab verir. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

25 2020 00:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə