Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yeni parlament Azərbaycanın inkişafına yeni töhfələr verəcək insanlardan formalaşacaq”

“Yeni parlament Azərbaycanın inkişafına yeni töhfələr verəcək insanlardan formalaşacaq”

“Azərbaycanda formalaşacaq parlamentdən islahatların həyata keçirilməsində və qarşıda duran vəzifələrin icrasında daha keyfiyyətli dəyişikliklər gözləyirəm”.

Bunu secki-2020.az saytına açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova Nümayəndəliyinin direktoru, tanınmış hüquqşünas Aurelia Qriqoriu deyib. 
Onun sözlərinə görə, istənilən dövlətin inkişafında qanunverici orqanın keyfiyyəti mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycan Prezidentinin fəaliyyəti çox perspektivlidir və necə deyərlər, zamanı qabaqlayır. Bu mənada parlamentin də fəaliyyəti ölkənin qarşısında duran vəzifələrə uyğun olmalıdır”, – deyə A.Qriqoriu vurğulayıb.
Aurelia Qriqoriu yeni formalaşacaq parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək mütərəqqi və yaradıcı insanların yer alacağına ümid etdiyini söyləyib. 

 

Təqdim etdi: 
Anar TURAN,  “Xalq qəzeti”

25 2020 00:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə