Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən bahalı brendlər

Ən bahalı brendlər

“Brand ­Finance” nəşri dünyanın ən bahalı brendlərinin adlarını açıqlayıb. 
Nəşrin “Global 500” hesabatında reytinqin lideri dəyişməz qalıb. Siyahıda artıq üçüncü il ardıcıl olaraq dəyişməz qalan “Amazon” brendinin dəyəri 220,7 milyard dollar məbləğində qiymətləndirilməklə reytinqdə birinci yeri tutub. İkinci pillədə 159,7 milyard dollar məbləğində qiymətləndirilən “Google”, üçüncü pillədə isə “Apple” (153,6 milyard dollar) qərarlaşıb.  Eyni zamanda, ötən illərki araşdırmalardan fərqli olaraq, builki hesabtda 10 ən bahalı şirkət sırasına yeni ad – “HUAWEI” şirkəti daxil olub.
“Brand Finance” nəşrinin versiyasına görə, dünyanın ən bahalı brendləri müvafiq olaraq belə qərarlaşıb:  “Microsoft” (117 milyard dollar), “Samsung” (94,4 milyard dollar), “ICBC” (80,7 milyard dollar), “Facebook” (79,8 milyard dollar), “Walmart” (77,5 milyard dollar), “Ping An” (69 milyard dollar), “HUAWEI” (62,2 milyard dollar).

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

25 2020 00:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə