Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“FAST” teleskopu işə salınıb

“FAST” teleskopu işə salınıb

Çinin Quayçjou əyalətində yerləşən “FAST” (Five hundred meter Aperture Spherical Telescope) teleskopu istifadəyə verilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Məlumata görə, dünyanın ən böyük teleskopu olan “FAST” pulsarların axtarışı və tədqiqi ilə məşğul olacaq. Artıq iki pulsar “FAST” tərəfindən 2017-ci ilin avqustunda sınaqlar zamanı kəşf edilib. Diametri 500 metr təşkil edən teleskop tədqiqatlar zamanı səthin 300 metrindən istifadə edir. Pulsarlarla yanaşı, alimlər tərəfindən teleskopdan yerdənkənar intellektin axtarışı üçün istifadə planlaşdırılır. Testlər zamanı “FAST” qurğusundan yalnız Günəşdən 100 işıq ili uzaqda yerləşən və maqnit sahəsinə malik ekzoplanetlərin öyrənilməsi üçün istifadə olunub.
“FAST” operativ texnoloji mərkəzinin elmi müşahidələr və məlumatlar şöbəsinin direktoru Çju Min bildirib ki, bu teleskop vasitəsilə göy cisimlərinin siqnallarının müşahidə edilməsi prosesində yerdənkənar sivilizasiyalardan gələ biləcək siqnallar da toplana biləcək. Bununla yanaşı o qeyd edib ki, ələ keçirilən siqnalların 99 faizi müxtəlif səs-küylər olduğuna görə, bu, böyük və çətin bir prosesdir. 

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

25 2020 00:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə