Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Angela Merkel Türkiyəyə səfər edib

Angela Merkel Türkiyəyə səfər edib

Almaniya Kansleri Angela Merkel Türkiyə ­Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfərlə gəlib. Bu barədə ­“Anadolu” agentliyi məlumat yayıb.

Dünən Türkiyə Prezidenti və Almaniya Kansleri əvvəlcə İstanbuldakı Türkiyə-Almaniya Universitetinin yeni tədris korpusunun açılış mərasimində iştirak ediblər. Ali qonaq tədbirdə çıxışı zamanı ümid etdiyini bildirib ki, universitetin tələbələri iki dövlət arasında münasibətlərin inkişafına öz töhfələrini verəcəklər. 
Kansler çıxışında Yaxın Şərqdəki vəziyyətlə bağlı rəsmi Berlinin mövqeyini açıqlayıb. O, bölgədə kəskin silahlı münaqişələrin davam etməsindən narahat olduğunu dilə gətirib. Eyni zamanda, rəsmi Ankaranın qaçqın probleminin həllində mühüm rol oynadığını vurğulayıb. 
Almaniya Kansleri, həmçinin qeyd edib ki, son illər Türkiyədə azad vətəndaş cəmiyyəti inkişaf edir. Onun fikrincə, bu amil ölkədə sivil, demokratik dəyərlərin güclənməsinə şərait yaradacaq.  
Türkiyənin dövlət başçısı, öz növbəsində bildirib ki, Türkiyə-Almaiya Universiteti iki dövlət və xalq arasında dostluğun rəmzinə çevriləcək. R.T.Ərdoğan bu təhsil olcağına hər cür yardım göstəriləcəyini bildirib. 
Yeri gəlmişkən, dünən Türkiyə Prezidenti və  Almaniya Kansleri görüşərək İraq və Suriya, eləcə də Liviyadakı vəziyyəti geniş müzakirə ediblər.  
Qeyd etmək lazımdır ki, Türkiyə və Almaniya liderlərnin görüşündə Türkiyə-Avropa İttfaqı (Aİ) münasibətləri məsələsi də diqqət mərkəzində olub. Xatırladaq ki, Almaniya bu ilin ikinci yarısından başlayaraq, rotasiya qaydası ilə Aİ-yə sədrlik edəcək. 

 

M.HACIXANLI,
“Xalq qəzeti” 

 

25 2020 00:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə