Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Rusiya Prezidentinin təklifini dəstəkləyib

BMT Rusiya Prezidentinin təklifini dəstəkləyib

BMT Rusiya Prezi­denti Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvü olan beş ölkə liderlərinin sammitini keçirmək barədəki təklifini dəstəkləyib. Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Fərhan Hak bəyan edib. Məlumatı “Lenta.ru” verib. 

BMT rəsmisi bildirib ki, təmsil etdiyi təşkilat Təhlükəsizlik Şurasının beş üzvü arasında dialoqla bağlı istənilən təklifi alqışlayır. Xatırladaq ki, Vladimir Putin yanvarın 23-də Qüdsdə Holokost qurbanlarının xatirə forumunda 2020-ci ildə Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa liderlərinin iştirakı ilə sammit keçirməyi təklif edib. Onun fikrincə, belə bir görüşü dünyanın istənilən nöqtəsində keçirmək olar. 
Rusiya lideri bildirib ki, “sivilizasiyanın qorunmasında bu ölkələrin üzərinə xüsusi məsuliyyət düşür. Rusiya belə bir ciddi danışığa hazırdır və yubanmadan bütün beş ölkənin liderlərinə müvafiq məktub göndərmək niyyətindədir”.  Putinin sözlərinə görə, BMT TŞ-nin daimi üzvlərinin qarşısında çoxlu vəzifə durur. Buna nümunə olaraq o, bu günlərdə Berlində keçirilmiş Liviya mövzusunda tədbiri göstərib: “Biz Təhlükəsizlik Şurasında da bu məsələnin müzakirəsinə qayıtmalı və müvafiq qətnamə qəbul etməliyik. Ancaq başqa problemlər də kifayət qədərdir”.
Putin bu il ikinci Dünya müharibəsinin başa çatmasının və BMT-nin yaradılmasının 75 illiyinin qeyd olunacağını xatırladaraq deyib ki, təcavüzkarın məhv edilməsində və müharibədən sonrakı dünya düzəninin qurulmasında böyük rol oynamış ölkələrin sammiti hazırkı  çağırışlara da kollektiv cavab verə bilər. 
RF lideri deyib ki, təklifini Fransa Prezidenti Emmanuel Makronla da müzakirə edib və müsbət cavab alıb. Böyük Britaniya hökuməti isə təkliflə bağlı daha dürüst informasiya istəyib. 

 

Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”

25 2020 00:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə