Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rekord göstərici

Rekord göstərici

Gürcüstanın müstəqillik tarixində şərabçılıq sahəsində rekord göstərici qeydə alınıb. Ölkənin Milli Şərab Agentliyinin hesabatına görə, ötən il Gürcüstan dünyanın 53 ölkəsinə 94 milyon şüşə şərab ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 9 faiz çoxdur.
Hesabat dövründə şərab ixracının dəyəri isə əvvəlki illə müqayisədə 17 faiz artaraq 240 milyon ABŞ dollarına çatıb.
Qeyd edilib ki, ötən il ölkənin şərab ixracı Böyük Britaniyaya 60 faiz, ABŞ-a 48 faiz, Polşaya 17 faiz və Çinə 2 faiz artıb.
Xəbəri RİA “Novosti” yayıb. 

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

25 2020 00:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə