Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vergilər azaldıla bilər

Vergilər azaldıla bilər

ABŞ-ın Maliyyə naziri Steven Mnuçin Dünya İqtisadi Forumunda Birləşmiş Ştatların dövlət məsrəflərinin artımını ləngitməklə yanaşı, orta gəlirli təbəqələrin vergi yükünü azaltmaqla bağlı mövcud imkanları araşdırmağa başladığını bildirib. 
Maliyyə naziri bununla bağlı prezidentin tapşırığı olduğunu vurğulayıb: “Prezident Donald Tramp vergi ixtisarlarının ikinci mərhələsi dediyimiz məsələ ilə məşğul olmağımızı tapşırıb. Bu vergi ixtisarları orta təbəqəni əhatə edəcək, həmçinin iqtisadi artımı təşviq etməyin başqa yollarını da nəzərdən keçiririk”, - deyə Ağ ev rəsmisi qeyd edib.
Xəbəri BBC yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

25 2020 00:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə