Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST yeni koronavirusla bağlı bəyanat verdi

ÜST yeni koronavirusla bağlı bəyanat verdi

Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsi yeni koronavirusun (2019-nCov) yayılması ilə bağlı bəyanat verib.

ÜST-nin Baş direktoru Çin Xalq Respublikasında meydana çıxan, Koreya Respublikası, Yaponiya, Tailand və Sinqapura yayılan yeni koronavirusla bağlı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsini çağırıb.

Yanvarın 23-də Çin Xalq Respublikası, Yaponiya, Tailand və Koreya Respublikasının səhiyyə nazirliklərinin nümayəndələri komitəyə ölkələrindəki son vəziyyətlə bağlı məlumat veriblər. Çində müraciət hallarının sayının artması bildirilib və onlardan 557 nəfərdə yoluxma halı qeydə alınıb.

Çin hökümətinin təqdim etdiyi yeni epidemioloji məlumatda yoluxma hallarının və yoluxmuş əyalətlərin sayının artdığı, hazırda 26 nəfərin  həyatını itirdiyi bildirilib.

Virusun insandan insana ötürülməsi qeydə alınıb və reproduktivlik dərəcəsi 1,4-2,5 kimi təqdim olunub. Çoxalma hadisəsi yalnız bir səhiyyə müəssisəsində müşahidə olunub. Qeydə alınmış halların 25 faizinin ağır dərəcədə olduğu bildirilir. Xəstəliyin mənbəyi hələ də məlum deyil (daha çox, heyvan mənşəli olması ehtimal edilir) və insandan insana ötürülməsinin nisbəti hələ ki müəyyənləşməyib.

Komitənin qərarında qeyd edilir ki, xəstəliyin əhatə dairəsi məhdud olduğundan və bəzi simptomları müəyyənləşdirilmədiyindən fövqəladə vəziyyət elan edilməsi hələ ki, məqbul deyil.

Baş direktor bildirib ki, zəruri hesab edərsə, Komitə təxminən 10 gün ərzində və ya daha tez yenidən toplaşmağa hazırdır. Xəstəliyin digər ölkələrə yayıla biləcəyi ehtimal olunur. Bu səbəbdən, bütün ölkələr aktiv nəzarət, erkən diaqnostika, təcrid olunma, xəstəlik hallarının idarə edilməsi, ötürülməsinin izlənməsi və 2019-nCoV infeksiyanın yayılmasının qarşısının alınması daxil olmaqla, cavab tədbirləri görməyə hazır olmalı və bütün məlumatları ÜST-lə bölüşməlidir.

“Xalq qəzeti”

24 2020 16:33 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə