Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qüdsdə erməni keşişlərin həyasızlığı həddini aşıb

İsrailin Qüds şəhərində yunan və erməni keşişləri arasında növbəti dəfə dava düşüb. Milad mağarasında düşən dava zamanı Erməni Apostol Kilsəsinin nümayəndləri Yunan Pravoslav Kilsəsinin nümayəndlərini döyərək mağaradan çıxarıblar və ayinlərini icra etməyə başlayıblar.

İsraildəki  “Azərbaycan evi”nin rəhbəri Şirin Mixaeli mediaya açıqlamasında baş vermiş hadisəyə münasibət bildirərkən deyib ki, “İsraildə 30 ildir ki, yaşayıram. Bu 30 ildə hər il bu söhbətlər gündəmə gəlir. Ermənilərin İsraildə gərginlik yaratması ildə bir dəfə olmur. Demək olar ki, il ərzində bir neçə dəfə olur. Hər ibadət zamanı bu cür davalar baş verir”.

Yerusəlimin müqəddəs şəhər olduğunu xatırladan Şirin Mixaeli qeyd edib ki, burada yəhudilərdən başqa müsəlmanlar, xristianlar da yaşayır: Allahın evində müsəlmanlar da ibadət edir. Məscidlərdə, kilsələrdə asayişi İsrail polisi qoruyur. Xristianların bir neçə kilsələri var. Həmin kilsədən ən məşhuru var ki,  İsa Məsihin qəbri ordadır. Bu kilsədə bir çox xalqların nümayəndələri ibadət edir. Həmin xalqlar Yerusəlimdə yaşayırlar. Yerusəlim tolerant şəhərdir. İsrail hökuməti xristianlara belə öz kilsələrini qurmağa imkan verib”.

Azərbaycan evinin rəhbəri erməni-yunan davasının baş vermə səbəblərindən də söz açıb: “Həftədə bir dəfə xristianlar kilsəyə toplaşır. Ancaq erməni və yunanlardan başqa, heç bir xalq bir-birilə vuruşmur. Heç bir xalq bir-birinə təpik atmır. Bircə ermənilər mənfur niyyətlərini İsrail kilsəsində də edirlər. Həyasızlıq ermənilərin qanındadır. Bir yəhudi kimi bunu sizə deyirəm. Əsas dava ibadət edəndə başlayır. İbadət edərkən bir-birlərinə təpik vururlar. Ancaq kilsəni yuyanda əllərində çubuq olur. Bu zaman bir-birlərini döyürlər. Ortada da İsrail əsgəri qalır. Əsgər də məcburdu ki, bunların arasına girib asayişi qorusun. Ancaq o təpikdən İsrail əsgərinə də dəyir”.

Hazırladı:
R.TAHIR,

“Xalq qəzeti”

24 2020 15:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə