Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illiyinə həsr olunmuş tədbir

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən “N” hərbi hissəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, tədbir açıq elan edildikdən sonra ulu öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Çıxış edənlər iki dəfə Sovet İttifaqı Qəhrəmanının şərəfli döyüş yolundan danışaraq Həzi Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib, qəhrəmanın hərbi xidmətlərindən söhbət açıb və görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu bildiriblər.
Mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd etməsi və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalaması bir daha xatırlanıb. Bu ənənənin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirildiyi də xüsusi olaraq vurğulanıb.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin musiqi proqramı ilə sona çatıb.

Samirə Əliyeva,
“Xalq qəzeti”

24 2020 15:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə