Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 24 yanvar 2020-ci il tarixdə saat 11:00-da Ucar Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Nazir Ucar və Göyçay rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2020 14:50 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə