Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

A.P.Çexovun 160 illik yubileyi ərəfəsində sərgi açılıb

A.P.Çexovun 160 illik yubileyi ərəfəsində sərgi açılıb

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli rus yazıçısı, dramaturq A.P.Çexovun 160 illik yubileyi münasibətilə sərgi açılıb. Sərgidə yazıçının rus dilində çap olunmuş 146 əsəri və haqqında yazılmış 203 sənəd,  Azərbaycan dilində isə - 27 seçilmiş əsəri və yazıçı haqqında 29 sənəd nümayiş olunur. Bu barədə MEK-in ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

Kitabların sırasında “Seçilmiş əsərlər”, “Собрание сочинений. 12т.”, “Полное собрание сочинений и писем. 30 т.”, “Избранные произведения в трех томах”, “Вишневый сад”, “Дама с собачкой” və s. yer alıb.

Məlumat üçün bildirək ki, 1860-cı il yanvarın 29-da Rusiyanın Taqanroq şəhərində anadan olan Çexov ixtisasca həkim olsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb. O, 25 illik yaradıcılıq dövründə 500-dən çox əsər yazaraq yazıçı-dramaturq kimi klassik rus ədəbiyyatının ən yaxşı nümunələrini yaradıb.

Dahi rus yazıçısı Lev Tolstoy Anton Pavloviç Çexov haqqında deyib: "Əgər bütün rus ədəbiyyatı təsadüfən yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi".

Anton Çexovun əsərləri MEK-də dünya ədəbiyyatı nümunələri sırasında yer almaqdadır.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

24 2020 14:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə