Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Liverpul” qələbə seriyasını davam etdirdi

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Liverpul” səfərdə “Vulverhempton”-a qalib gəlib.

“Lenta.ru” xəbər verir ki, yanvarın 23-də baş tutmuş oyun 1:2 hesabı ilə qonaqların xeyrinə bitib.

İlk qolu səkkizinci dəqiqədə Cordan Henderson vurub.

51-ci dəqiqədə Raul Himenesin qolu ilə ev sahibləri hesabı bərabərləşdirib.

Həlledici qolu 84-cü dəqiqədə Roberto Firmino vurub.

Qeyd edək ki, bu “Liverpulun” 14-cü ardıcıl qələbəsidir.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

24 2020 12:31 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə