Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeron rayonu üzrə 770 ödənişli ictimai iş yeri yaradılıb

Abşeron rayonu üzrə 770 ödənişli ictimai iş yeri yaradılıb

Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində ödənişli ictimai işlərin düzgün təşkili və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə həmin işlərdə çalışacaq sakinlərlə görüş keçirilib.

Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova görüşdə çıxış edərək, Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə şəhər və rayonlarda müvəqqəti iş yerlərinin yaradıldığını və işsiz sakinlərin ödənişli ictimai işlərə cəlb edildiyini bildirib. Onun sözlərinə görə, Abşeron rayonu üzrə bu məqsədlə 770 yeni iş yeri yaradılıb.

Qeyd edilib ki, işçilərin işə qəbulu “DOST İş Mərkəzi” MMC tərəfindən həyata keçirilsə də, işçilərin ödənişli ictimai işlərə cəlb edilməsi Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinə həvalə olunub. İ.Gülməmmədova deyib ki, rayon ərazisində ödənişli ictimai işlərin düzgün təşkilinə nəzarətin gücləndirilməsi, cəlb edilmiş işçilərin adlarına açılmış əmək haqlarının ödənişi kartlarından kənar adamların istifadəsi hallarına yol verilməməsi və bu sahədə tam şəffaflığın təmin edilməsi məqsədilə belə görüşlər bundan sonra da mütəmadi olaraq təşkil ediləcək.

Ödənişli ictimai işlərə cəlb olunan işçilər rayon ərazisində yeni iş yerlərinin yaradılması və işlə təmin olunduqları üçün Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

24 2020 12:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə