Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanda heyvandarlıq məhsulları istehsalı artır

Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.

Hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 62 min 735 baş iribuynuzlu mal-qara, 185 min 925 baş qoyun-keçi saxlanılır. Bu da ötən illə müqayisədə 238 baş çoxdur. Naxırda ana inək və camışlarının baş sayı 33 min 324 başa çatıb.

Ötən il rayonun heyvandarlıq təsərrüfatlarında 13 min 472,2 ton ət (diri çəkidə), 50 min 29,7 ton süd, 347,6 ton yun istehsal olunub ki, bu da ötən il istehsal olunan ətdən 185,8 ton, süddən 72,4 ton, yundan isə 100 kiloqram çoxdur.

məd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

24 2020 12:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə