Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı rejissorun filmi Londonda nümayiş olunub

Azərbaycanlı rejissor və prodüser Elmar İmanovun “Mövsümün sonu”(2019) adlı filmi Londonda “Barbican Cinema”da nümayiş olunub.

Nümayişdən sonra E. İmanov və filmin prodüseri Eva Blondiau izləyicilərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Elmar İmanov Azərbaycanda doğulub, 2008-ci ildən etibarən  Almaniyada yaşayır. O, burada Köln Beynəlxalq Kino məktəbində (İnternationale Filmschule Köln) kinorejissorluq təhsili alıb. “Mövsümün sonu” filmində bir ailədə yaşayan ata, ana və oğulun münasibətləri, üç fərqli insan, üç fərqli düşüncə və bir-birindən bezmiş bu insanların daxili problemlərinə diqqət çəkilir.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

24 2020 11:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə