Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan ­Respublikasının ­Birinci vitse-­prezidenti ­Mehriban Əliyeva rəsmi ­“Instagram” səhifəsində TASS ­agentliyinin baş direktorunun ­birinci müavini Mixail Qusmanı 70 illik ­yubileyi münasibətilə təbrik edib.

Xanım Mehriban Əliyeva çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Qusmanın cavan qalmağı bacardığını, nikbinlik və ­xeyirxahlığını itirməməyə müvəffəq olduğunu qeyd edib. Birinci vitse-prezident ­vurğulayıb ki, ­Mixail Qusman əsl vətənpərvər kimi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib.
Birinci vitse-­prezident Mehriban Əliyeva ­Mixail Qusmanı ­yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona və ailəsinə möhkəm ­cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıb. 

 

AZƏRTAC

 

24 2020 01:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə