Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhalidə yüksək seçki əhval-ruhiyyəsi var

Əhalidə yüksək seçki əhval-ruhiyyəsi var

“Ölkəmizdə keçirilən seçkilər  beynəlxalq aləmdə həmişə böyük maraqla qarşılanır. Cəmi 30 ilə yaxın müstəqillik tarixi olan bir ölkədə keçirilən seçkilər demokratik və şəffaflığına görə inkişaf etmiş dövlətlərə nümunə  kimi göstərilir. Bu, hər bir azərbaycanlıda qürur hissi yaradır. Mən uzun illərdir ki, məntəqə seçki komissiyasının sədriyəm.  Hər dəfə bizim məntəqədə seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin  razı qaldıqlarını hiss etmişəm. Bu, ölkəmizdə seçkilərə marağın ildən- ilə artmasının, seçki təcrübəsinin zənginliyinin nəticəsidir”. 

Bu fikirləri bizimlə söhbət zamanı 62 saylı Saatlı seçki dairəsinin 4 saylı məntəqə seçki komissiyasının sədri  Çingiz Fətullayev dedi. O  bildirdi ki, son illər əhalidə seçkiyə  maraq xeyli artıb. Bir ay əvvəl keçirilmiş bələdiyyə seçkilərində də bunun şahidi olduq: “Fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıq işləri də bunu təsdiqləyir. Məntəqəmizdə səs verəcək 641 nəfərin siyahısı təsdiqlənərək, müvafiq yerdən asılıb. Seçicilərin həmin siyahıda adlarının olub-olmamasını dəqiqləşdirmələri, müxtəlif məsələlərlə bağlı seçki məntəqəsinə müraciət etmələri,  namizədlərin dəmir lövhədə asılmış şəkilləri və plarformaları ilə tanış olmaları əhalidə  yüksək seçki əhval-ruhiyyəsi olduğundan  xəbər verir. 8 seçici kabinəsi normal vəziyyətdədir.  Ötən seçkilərdə olduğu kimi, bu dəfə də veb-kamera quraşdırılıb”.
Ç.Fətullayev dedi ki, məntəqə seçki ilə əlaqədar bütün zəruri ləvazimatla təmin olunub: “Müşahidəçilər üçün münasib yer ayrılıb. İlk dəfə səs verən seçici artıq bütün prosedurlarla tanış olub.  Məntəqəmiz həm də yaşı 80-dən çox olan seçicilərin səsverməyə  özlərinin gəlmələri ilə də diqqəti cəlb edir. İndiyədək seçki məntəqəsinə  daşınar qutu ilə səs vermək istəyən kimsə müraciət etməyib.  Məntəqəmizin işıqları həmişə yanır.  Əminəm ki, parlament seçkiləri yüksək səviyyədə, demokratik,  şəffaf keçəcək. Ölkəmizin tarixinə daha bir demokratik seçki yazılacaq. Bundan ötrü hər cür şərait yaradılıb”.

 

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

24 2020 01:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə