Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək

Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək

Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi Dayan Rivs (Dianne Reeves) konsert verəcək. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal “R&B” üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə “Qremmi” mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə “Qremmi” mükafatı alan ilk müğənnidir. 

Dayan Rivs, həmçinin Corc Kluninin altı ­“Oskar” qazanmış “Gecəniz xeyrə və uğurlar” (Good Night, And Good Luck) filmindəki saundtrekinə görə “Qremmi”yə layiq görülüb. 
Onun sonuncu “Gözəl həyat” (“Beautiful Life”) ­albomu 2015-ci ildə “Qremmi” alıb. 
Dayan Rivs karyerası ərzində ən yaxşı simfonik orkestrlər və caz qrupları ilə əməkdaşlıq edib. Truba ifaçısı, bəstəkar Uinton Marsalis və Linkoln Mərkəzinin Caz Orkestri ilə birgə ifalarını yazdırıb, səhnəyə çıxıb. O, həmçinin Daniel Barenboimin dirijorluğu ilə Çikaqo Simfonik Orkestri ilə çıxışını lentə aldırıb, Berlin Filarmoniya orkestrinin solisti olub. 
Dayan Rivs ­Los-Anceles Filarmoniyasının caz üzrə ilk bədii rəhbəri və məşhur Uolt Disney konsert zalında çıxış edən birinci vokalist olub. 
O, Berkli Musiqi Kolleci və Culyard Musiqi Məktəbinin fəxri doktoru dərəcəsini alıb. 2018-ci ildə ABŞ-ın Milli İncəsənət Fondu Dayan Rivsi ABŞ-da caz ifaçıları üçün ən yüksək təltifə – “Caz ustası” (“Jazz Master”) adına layiq görüb. 
Heydər Əliyev Mərkəzindəki konsertin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

 

24 2020 01:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə