Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın təşəbbüsləri Davosda yüksək dəyərləndirilir

Azərbaycanın təşəbbüsləri Davosda yüksək dəyərləndirilir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumundakı görüşləri, apardığı müzakirələr həm beynəlxalq aləmdə, həm də ölkə ictimaiyyəti arasında dərin maraq və razılıq hissi ilə qarşılanır. Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov bu barədə fikirlərini bizimlə bölüşərkən dedi: 
– Müasir şəraitdə dövlətlər və xalqlar arasında əməkdaşlığın yeni əsaslarının yaradılması üçün 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin belə bir mühüm tədbirdə növbəti dəfə iştirakı müstəqil Azərbaycanın uğurlarının tanıdılması, ­dünyanın aparıcı dövlətləri və transmilli şirkətləri ilə daha sıx əlaqələrin qurulması üçün geniş imkanlar açır. 
Mən forumun tədbirlərini televiziyadan və rəsmi qəzetlərdən maraqla izləyirəm. Azərbaycan Prezidentinin bu il yanvarın 21-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşündə OPEC rəhbərinin dövlətimizin ­başçısı barədə söylədiyi dəyərli fikirlər məndə xüsusi qürur hissi ­doğurdu. 
Məhəmməd Barkindo Prezident İlham Əliyevin beş il bundan əvvəl Dünya İqtisadi Forumunda çıxışını yada salaraq dedi ki, cənab ­Prezident, xatırlayırsınızsa, beş il bundan əvvəl Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. 
Davosda keçirilən görüşlər və tədbirlər zamanı dəfələrlə vurğulandı ki, bu gün xalqımızın sevimli lideri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan hazırda dünyanın yüksək sürətlə inkişaf edən qabaqcıl dövlətlərindən birinə çevrilmişdir. Təbii ki, bütün Azərbaycan vətəndaşları kimi, mən də gündən-günə inkişaf və tərəqqi edən, dünya miqyasında sayılıb-seçilən belə bir dövlətin vətəndaşı olmaqdan qürur duyuram.  

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI, “Xalq qəzeti” 

24 2020 01:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə