Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin “Bengü Türk” televiziya kanalı izləyicilərini 20 Yanvarla bağlı məlumatlandırıb

Türkiyənin “Bengü Türk” televiziya kanalı izləyicilərini 20 Yanvarla bağlı məlumatlandırıb

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Türkiyənin nüfuzlu “Bengü Türk” televiziya kanalının qonağı olub.
Canlı yayımda tanınmış aparıcı və telejurnalist Cem Açıqgözün suallarını cavablandıran S.Şahtaxtı 20 Yanvar hadisələrinin səbəb və nəticələrindən, Azərbaycan xalqının mübarizliyindən bəhs edib.
Türkdilli tamaşaçılara məlumat verilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycanda törətdikləri hərbi cinayət ermənilərin Dağlıq Qarabağa olan əsassız iddiaları ilə birbaşa bağlıdır. 
Diqqətə çatdırılıb ki, həmin vaxt ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək o vaxtkı sovet rəhbərliyinin cinayətkar əməlinə qarşı sərt çıxış edib, hadisənin əsl siyasi mahiyyətini dünya ictimaiyyətinə çatdırıb. Sonrakı illərdə ulu öndərimizin təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycan parlamenti hadisələrə hüquqi-siyasi qiymət verib. Şəhidlər xiyabanının ziyarət olunması dövlət protokoluna daxil edilib. Bütün bunlar göstərir ki, Azərbaycan xalqının, dövlətin, hökumətin və hakimiyyətin 20 Yanvar hadisələrinə münasibəti dəyişməzdir. Şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad olunacaq. 
Efir vaxtı 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən kadrlar ­yayımlanıb. 
“Bengü Türk” kanalı tərəfindən buraxılışın videoyazısı “YouTube” sosial şəbəkəsində yerləşdirilib. 

24 2020 00:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə