Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Seçki Komissiyasının iclası

Mərkəzi Seçki Komissiyasının iclası

Yanvarın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2020-ci il 15 yanvar tarixli iclasının protokolu təsdiq olunub.  
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb. Ərizəçinin özünün də iştirakı ilə Komissiya üzvləri tərəfindən aparılan geniş müzakirələr nəticəsində müraciətə dair müvafiq qərar qəbul edilib.
İclasda, həmçinin 8 saylı Binəqədi birinci və 33 saylı Xətai birinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də olunub.
Beynəlxalq və xarici qurumların, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə də baxılıb.

24 2020 00:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə