Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi 2020-ci il üçün tərcümə və redaktə xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin  Qoruqları İdarəetmə Mərkəzi  2020-ci il üçün tərcümə və redaktə xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir

1. Kotirovka sorğusunda tərcümə və redaktə xidmətlərini təmin edən hüquqi və ya fiziki şəxslər  iştirak edə bilərlər.
2. Kotirovka sorğusunun əsas şərtlər toplusunu əldə etmək üçün iddiaçılar Bakı, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbəyə müraciət edə bilərlər (əlaqə telefonları- 505 87 04 (əlavə 1323), (050) 265 81 29, faks: 492 05 92).
3. Kotirovka təklifi tələb olunan formada hazırlanaraq, üzərində fiziki və ya hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 10 fevral 2020-ci il saat 18.00-a qədər Bakı, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbədə  Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə  təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
Zərflərin açılışı ilə bağlı tender komissiyasının iclası 11 fevral 2020-ci il saat 15.00-da Bаkı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin ofisində keçiriləcəkdir.

 

Tender komissiyası 

24 2020 00:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə