Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda ötən il 851,3 ton çay yarpağı yığılıb

Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İlkin Ələkbərli bildirib ki, ötən il Azərbaycanda 851,3 ton çay yarpağı yığılıb.

Assosiasiya sədri qeyd edib ki, bu göstərici 2018-ci illə müqayisədə azdır: “2018-ci ildə Azərbaycanda 868,6 ton çay yarpağı yığılmışdı. Bizim hesablamalarımıza görə, 2019-cu ildə azalmanın əsas səbəbi əkilən çay kollarının yeni olması və hələlik az məhsul verməsidir. Gələcəkdə məhsuldarlığın artımı gözlənilir”.

Qeyd edək ki, Azərbaycanda ən böyük çay plantasiyası Lənkəranda (628,5 hektar) yerləşir. Bundan başqa, Astara (345 hektar), Masallı (103 hektar) və Zaqatalada (60 hektar) çay plantasiyaları var. Ümumilikdə Azərbaycanda 1136,5 hektar torpaq çay əkini üçün istifadə olunur.

 

“Xalq qəzeti”

 

24 2020 10:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə