Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Zirə"nin Antalya hesabatı

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə gerçəkləşdirən “Zirə” Antalya toplanışını başa vurub.

Sportline.az xəbər verir ki, Zaur Həşimovun baş məşqçisi olduğu komanda qonşu ölkədə üç yoxlama oyununda qüvvəsini sınayıb.

Yanvarın 11-də Türkiyənin “Ümraniyespor” klubu ilə görüşən “qartallar” 0:3 hesabı ilə uduzub. Beş gün sonra Rumıniyanın “Sepsi”, ayın 21-də isə Serbiyanın “Napredak” komandaları ilə görüşən “Zirə” hər iki qarşılaşmada eyni hesabla qalib gəlib – 2:0. İlk oyunda hər iki qola Riçard Qadze imza atıb. Serbiya təmsilçisi ilə görüşdə də toplardan birini qanalı vurubsa, digər qol yeni transfer Davit Volkovun hesabındadır. 

Ümumilikdə, 3 oyunda 2 qələbə qazanan “Zirə” 1 dəfə məğlub olub. Rəqib qapılarına 4 dəfə yol tapan futbolçular 3 qol buraxıblar. Komanda qollarına iki oyunçu imza atıb. Qış bombardiri Riçard Qadze 3, Davit Volkov isə 1 dəfə fərqlənib. Afrikalı bir toplanışda 3 qol vuran ilk futbolçu olub.
Tarixində 10-cu dəfə toplanış üçün Türkiyəyə yollanan “Zirə”nin keçirdiyi beynəlxalq yoxlama oyunlarının sayı 29-a çatıb. Bu matçlarda 13 dəfə qalib gələn “qartallar” 5 heç-heçə edib, 11 dəfə uduzub. 40 qol vuran futbolçular 28 top buraxıblar.

Beşinci dəfə qış fasiləsini qonşu ölkədə gerçəkləşdirən “Zirə” 14 dəfə xarici klublarla üz-üzə gəlib. Bu matçlarda heç-heçə qeydə alınmayıb. 8 qələbəsi olan komanda 6 dəfə uduzub. Qışda 15 qol vuran futbolçular eyni sayda top buraxıblar.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

23 2020 17:17 - İDMAN
İDMAN
29 Fevral 2020 | 00:00
Qvardioladan yeni rekord
26 Fevral 2020 | 22:04
Vilmar Valdes cəzalandırılıb
26 Fevral 2020 | 12:10
Salah 69-cu qolunu vurdu

Köhnə versiyamızdan xəbərləri izlə