Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məsləhətləşmə qrupu toplantı keçirib

Məsləhətləşmə qrupu toplantı keçirib

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Hande Harmancının təşəbbüsü ilə “Məsləhətləşmə qrupunun” toplantısı keçirilib. Toplantını giriş sözü ilə İnstitutun direktoru, tibb elmləri doktoru  Gülnaz Dadaşova və ÜST-ün rəhbəri Hande Harmancı açıb.

Toplantıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin müdiri Şahin Xasiyev, Respublikanın baş kardioloqu Yusif Nağıyev və başqaları iştirak ediblər.

Tədbirin əvvəlində ilk olaraq tibb elmləri doktoru Gülnaz Dadaşova “Azərbaycanda ürək-damar xəstəliklərinin mövcud vəziyyəti”  mövzusunda məruzə ilə çıxış edib. Hande Harmancı isə “İlkin səhiyyə üzrə nümayiş layihəsi”  mövzusunda məruzəni toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Türkiyənin Mərmərə Universitetindən dəvət olunan Dr.Çağrı Kalaçanın hazırladığı “Onlayn təlim proqramının təqdimatı” barəsində maraqlı slayd sou iştirakçılara təqdim olunub. Eyni zamanda, Ç.Kalaça sladyla bağlı  çıxışı da böyük maraqla qarşılanıb.

Təqdim edilən məruzələr dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılaraq, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2020 17:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə