Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir: vətəndaş razı gedirsə...

Rayon rəhbərinin qəbuluna gələn hər bir vətəndaş özlüyündə haqlıdır. Hətta irəli sürdüyü tələb lap kökündən qeyri qanuni olsa belə. Bəs nə etməli? Vətəndaşa "tələbin qanuna ziddir" deməklə məsələ bitmir axı. O, rayon rəhbərinin qəbuluna ona görə yazılıb ki, problemini həll etsin. Deməli, burada əməlli-başlı iş görmək, izahat mexanizmini işə salmaqla yanaşı yol göstərmək, onun qanunu yollarla həlli məsələsini anlaşılan, sadə şəkildə başa salmaq lazımdır. Təbii ki, nəzakətlə, sakit tərzdə…

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 94 nəfərin müraciətini dinləyib. Daha çox diqqəti cəlb edən bilirsiniz nə olub? İnsanların dövlətimizə, onun rəhbərinə hədsiz inam və etimadı.    Hətta şəxsi xahişi, tələbi həll olunmayan vətəndaş qəbul otağını gülərüzlə, xoş əhval-ruhiyyə ilə tərk edib.

İcra hakimiyyətinin başçısı bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev vətəndaş amilinə həmişə xüsusi önəm verib. Məhz bu siyasətin çox diqqətçəkən məqamlarından biri onun vətəndaşlarla bağlı prinsiplərə söykənməsdir: «Ölkə Prezidentini xalqa sevdirən ən mühüm cəhətlərdən biri də odur ki, o, heç vaxt problemlərdən yan keçmir, əksinə, onları öyrənir və həlli üçün cəsarətli, qəti tədbirlər görür və bunu hər bir dövlət məmurundan tələb edir».

Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələləri ilə bağlı  olub. Maraqlı, həm də sevindirici haldır ki, sakinlərin əksəriyyətinin inamı boşa çıxmayıb. Çünki rayon icra hakimiyyətinin başçısı onların müraciətlərinin bir çoxunu elə yerindəcə həll edib və məmurlara bir daha tapşırıb ki,  vətəndaşlarla münasibətə həssas olsunlar, onların dərdinə şərik olmağı bacarsınlar, problemlərini öz problemləri kimi qəbul etsinlər.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

23 2020 16:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə